Aparıcı Azər Zahidin TikTok-da yayımlanan "Təkərdə" şousu sosial şəbəkələrdə müzakirə olunur. Qalmaqallarla yanaşı, bir digər nəzərdən qaçmayan məqam isə proqramda bəzi tanınmış simaların adlarının çəkilməsidir.
Ona görə ki, A. Zahidin Xalq artistləri Zeynəb Xanlarova, Murad Dadaşov, türk müğənni İbrahim Tatlısesin yayım zamanı iştirakçılara hədiyyə göndərdiklərini deməsi marağa səbəb olub. İzləyicilər adı çəkilən məşhurların TikTok-dan bu qədər fəal istifadə edib, tiktokerlərə jeton göndərəcəyinə inana bilməyib.
BUTA.TV xəbər verir ki, mövzu ilə bağlı Azər özü OLAY-a açıqlama verib. O bildirib ki, bir çox şou nümayəndəsi iştirakçılara dəstək olsa da, bəzi məqamlarda yalnız profil adları tanınmışlarla eyni olduğu üçün yanlış anlaşılır:
"O bizlik deyil. Profillərin adlarıdır. Dəstək olanlar sırasında şou-biznes nümayəndələri də var. Məsələn, Səidə Sultandan tutmuş bir çoxuna qədər... Feyk olanları isə biz yayımda müəyyənləşdirə bilmirik".
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi