Moldova Azərbaycandan bu yolla qaz almaq istəyir

01:44 - 4 Fevral 2023 - GÜNDƏM

 Moldova Azərbaycandan bu yolla qaz almaq istəyir

Moldova Azərbaycanın SOCAR və Rumıniyanın “Romgaz S.A.” şirkətləri arasında imzalanmış saziş sayəsində Rumıniya vasitəsilə Azərbaycandan qaz almaq niyyətindədir.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Moldova parlamentinin spikeri, hakim Fəaliyyət və Həmrəylik Partiyasının rəhbəri İqor Qrosu “TVR Moldova”nın efirində deyib.

“Bu sazişə əsasən, Azərbaycan qazı Türkiyədən keçməklə Trans-Balkan qaz kəmərinə və Rumıniyaya keçəcək. Bu, Moldovanın onu satın almasına imkan verəcək. Biz bu əlavə qaz mənbəyindən istifadə edəcəyik”, - İ. Qrosu bildirib.

Onun sözlərinə görə, Rumıniyadan Moldovaya qaz hələ 2014-cü ildə Avropa İttifaqının köməyi ilə tikilən və bütün bu illər ərzində istifadə olunmayan 43,2 km uzunluğunda Yassı-Ungeni qaz kəməri ilə nəql edilə bilər. Qrosu qeyd edib ki, qiymət sərfəli olarsa, ölkənin öz anbarı olmadığı üçün onu qonşu ölkələrin yeraltı anbarlarına vura biləcək.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Rumıniyadan Moldovaya gələn qaz kəmərinin ötürmə qabiliyyəti ildə 1,5 milyard kubmetrdir, ölkədə isə 3 milyard kubmetrə qədər yanacaq istehlak edilir.

Xatırladaq ki, fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın “Romgaz S.A.” arasında 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya bir milyard kubmetrə qədər qaz nəqlinə dair Saziş imzalanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol