Rusiyalılar ötən il rekord qırdı: Səfəbərlikdən qaçış...

01:24 - 4 Fevral 2023 - GÜNDƏM

 Rusiyalılar ötən il rekord qırdı: Səfəbərlikdən qaçış...

Rusiya sakinləri 2022-ci ildə ölkədən kənara 24,3 milyon dəfə səfər ediblər.

BUTA.TV Report-a istinadən xəbər verir ki, rusiyalılar Ermənistan, Qırğız Respublikası, Özbəkistan, Tacikistan və Monqolustana daxil olmaq üzrə 5 illik rekordu qırıblar. 2022-ci ildə rusiyalılar bu ölkələrə 8,4 milyon dəfə səfər ediblər ki, bu da 2021-ci illə müqayisədə 4,7 milyon nəfər çoxdur.

Nəşr qeyd edib ki, ölkədən çıxanların böyük payı Rusiyada səfərbərlik elan edilən 2022-ci ilin üçüncü rübünün payına düşüb. İyul-sentyabr aylarında Rusiya ilə qonşu ölkələrə 3,5 milyon, oktyabr-dekabr aylarında isə daha 2,1 milyon insan gedib.

Monqolustana gediş il ərzində 989 %, Gürcüstana – 475 %, Qazaxıstana – 234 %, Tacikistana – 212 %, Özbəkistana – 99 % artıb. Bildirilib ki, 2022-ci ildə ondan qabaqkı illə müqayisədə Azərbaycana keçən rusiyalıların sayında 86 % artım müşahidə edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Bundan əlavə, 2022-ci ildə rusiyalıların İsrailə uçuşlarının sayı iki dəfə artaraq 100 mini keçib. Rusiyalıların Tailand, Şri-Lanka, Hindistan və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedənlərin sayı da artıb.

FTB statistikasını da təhlil edən Mediazona-nın məlumatına görə, 2022-ci ildə Rusiyanı koronavirus məhdudiyyətlərinin hələ də qüvvədə olduğu 2021-ci ilə nisbətən daha çox Rusiya vətəndaşı tərk edib, lakin müharibə və kovidsiz normal bir ildəkindən təxminən iki dəfə azdır.

Eyni zamanda, qeyd olunub ki, bu artım milyonlarla vətəndaşın ölkəni tərk etməsi anlamına gəlmir. Gedənlərin bir qismi qayıdır. Bəziləri sərhədi bir neçə dəfə keçə bilərdi. Buna baxmayaraq, demoqraflar Yuliya Florinskaya və Aleksey Rakşa ötən ilki mühacirət dalğasını 400-800 min nəfər kimi qiymətləndiriblər. Onlardan 100 mindən çoxu Gürcüstanda qalıb. Azı 100 mindən çoxu Qazaxıstandadır. 50-100 min - Serbiyaya uçub. 40 minə yaxın - Ermənistana. Təxminən 35 mini İsrail, Qırğızıstan, Avropa İttifaqına üz tutub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol