Lavrovun açıqlamasında “sevinməli” nə var?

22:04 - 3 Fevral 2023 - SİYASƏT

 Lavrovun açıqlamasında “sevinməli” nə var?

Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan münaqişəsi mövzusuna bu yaxınlarda verdiyi şərhlə bağlı bəzi “politoloqlarımızın” sevincini, həqiqətən də, başa düşə bilmirəm.

BUTA.TV xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Lavrovun Ermənistanın Azərbaycanın 7 rayonunu işğal etməsi və Azərbaycanın öz ərazilərini qaytardığı haqda son açıqlaması ətrafında şərhlərə reaksiyasında deyib.

“Rusiyanın xarici işlər nazirini diqqətlə dinləsəniz, aydın olur ki, o, ilk dəfə olaraq Ermənistanın “qondarma Dağlıq Qarabağ Respublikası” ətrafındakı 7 inzibati rayonu işğal etməsi faktını rəsmən tanıyıb.

Sual yaranır ki, məgər “qondarma Dağlıq Qarabağ Respublikası”nın ərazisi Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunmayıb?

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Bəs Azərbaycan Respublikası ərazisini Ermənistan ordusunun ələ keçirməsi və orada olması ətrafdakı 7 rayonun işğalı ilə eyni işğal deyilmi?

Buna görə də qənaətim sadədir - yenə də Rusiya Federasiyasının rəsmi mövqeyinin etnik motivli şərhi”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol