Bakı və Praqa arasında aviareyslərin sayı artırıla bilər.
BUTA.TV Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) idarə heyətinin sədri Göydəniz Qəhrəmanovla Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.
Görüşdə həmçnin Azərbaycan ilə Çexiyanın turizm təşkilatları arasında əməkdaşlıq əlaqələrinin inkişafı və qarşılıqlı iş birliyinin qurulması məsələləri, Assosiasiyanın fəaliyyəti və üzvləri haqqında məlumat verilib, birgə layihələrin hazılanması, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, tanıtım məqsədli qarşılıqlı infoturların təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı turistlərə viza verilməsi şərtlərinin sadələşdirilməsi, viza verilmə mərkəzlərində sənədlərin qəbulu prosesində yaşanan müəyyən çətinliklərin aradan qaldırılması məsələləri də müzakirə olunub.
Görüş çərçivəsində səfir Milan Sedlaçek, komminikasiya əlaqələrinin qurulması, qarşılıqlı turist cəlb ediliciyinin artırılması və iki tərəfli əməkdaşlığın inkişafı üçün səfirliyin dəstək göstərəcəyini diqqətə çatdırıb.
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır