Əgər soyuqdəymə və qripin əlamətini, yoluxduğunu ilk başda, hələ simptomlar olmadan hiss etsəniz, dərhal antivirus preparatları qəbul etmək xəstəliyin müalicəsini tezləşdirir.
BUTA.TV “Medicina”ya istinadən xəbər verir ki, bu barədə pulmonoloq Oleq Abakumov bildirib.
“İndiki qriplə bacarmaq üçün müasir antivirus preparatlarını vaxtında içmək lazımdır.
Əgər xəstəliyin ilk dəqiqələrində hələ qızdırma qalxmadan içsəniz, qızdırma çox yüksəlməyəcək, öskürək artmayacaq, burun-boğaz axmayacaq, virus orqanizm daxilində artıb, toksin ifraz etməyəcək, yəni bədən halsız düşməyəcək. Bunun üçün Oseltamivir adlı preparat effektivdir.
Əgər quru qızdırmalı öskürək varsa, deməli, bakterial yox, virus xəstəliyidir. O zaman bu dərmanı içmək olar.
Eləcə də soyuqdəymə və qrip zamanı evdə qalıb, bol maye içmək lazımdır. İnsan tərlədikcə mikrolementlər yuyulub gedir. Ona görə, mineral balansını təmin etmək üçün bol su içmək lazımdır”.
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi