Mişustindən Paşinyana: Nəqliyyat açılmalıdır!

00:52 - 3 Fevral 2023 - GÜNDƏM

 Mişustindən Paşinyana: Nəqliyyat açılmalıdır!

Rusiya Baş naziri Mixail Mişustinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclası çərçivəsində görüş keçirilib.

BUTA.TV xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Mişustin Paşinyanla görüşdə ölkəsinin Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin qurulmasının tərəfdarı olduğunu vurğulayıb:

“Biz ənənəvi olaraq Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının tərəfdarıyıq. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin əldə etdikləri razılaşmaların həyata keçirilməsini təmin etməyi vacib hesab edirik”.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Mişustin qeyd edib ki, yeni nəqliyyat və infrastruktur marşrutlarının yaradılması regionun bütün dövlətlərinin maraqlarına cavab verir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol