"Duz səpən" Nüsrətin restoranı bomboş qaldı - Qiymətləri görənlər qaçır - VİDEO

22:57 - 2 Fevral 2023 - SİYASƏT

Özünəməxsus formada duz səpmə hərəkətilə "Salt Bae" ləqəbini alan, dünyanın bir çox yerində restoran açan məşhur türk aşpaz Nüsrət Gökçenin Nyu-Yorkdakı restoranı müştərisiz qalıb.

BUTA.TV türk mətbuatına istinadən xəbər verir ki, həmin məkandan görüntülər "TikTok" sosial şəbəkəsində yerləşdirilib.

Videonu dərc edən Simon Metin adlı ingiltərəli bloqer bu boşluğun restorandakı kosmik qiymətlərlə bağlı olduğunu bildirib:

"Duz səpən" Nüsrətin Nyu-Yorkdakı restoranı bomboş qaldı - Qiymətləri görənlər qaçır - VİDEO"Gözlərim məni aldadır? Bu qiymətlər real ola bilməz! Menyudakı salatların qiyməti 35 dollardan 85 dollaradək olduğu halda, ətlərin qiyməti də ağızları açıq qoyur. Menyudakı ətin qiyməti 100-1190 dollar arasında dəyişir. Bu məbləğ sifariş verdiyiniz ətin həqiqi qızılla örtülüb-örtülməməsindən asılıdır. Ən bahalı yemək isə 24 karat qızılla örtlmüş "vwagyu tomahawk" bifşteykidir ".

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol