Serbiya Respublikasının Baş nazirinin birinci müavini, xarici işlər naziri İvisa Daçiç Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova başsağlığı verib.
XİN-dən BUTA.TV-a verilən xəbərə görə, İvitsa Daçiç Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar Ceyhun Bayramova başsağlığı məktubu ünvanlayıb.
“Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum nəticəsində səfirliyin mühafizə rəisinin öz vəzifəsini yerinə yetirərkən həlak olması və iki təhlükəsizlik xidmətinin əməkdaşının yaralanması ilə bağlı xəbər məni dərindən sarsıtdı. Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasını imzalamış ölkə olaraq, Serbiya Respublikası diplomatik və konsulluq nümayəndəliklərinə qarşı hər hansı hücumu qəti şəkildə pisləyir və yolverilməz hesab edir. Serbiya Respublikasının Xarici İşlər Nazirliyi adından və şəxsən öz adımdan hücumun qurbanı olmuş şəxsin ailəsinə, sizə, Nazirlikdəki bütün həmkarlarıma və bütün Azərbaycan xalqına başsağlığı verir və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”, - məktubda deyilir.
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər