Vladimir Putin heç vaxt təslim olmur və buna görə də ondan Kiyevi ələ keçirmək üçün yeni cəhd gözləmək olar.
BUTA.TV xəbər verir ki, bunu Polşa Baş naziri Mateuş Moravetski deyib.
“Düşünürəm ki, o, təkcə Ukraynaya nifrət eləmir, həm də xalqına bir daha göstərmək istəyir ki, uzun müddət oynayır, heç vaxt təslim olmur və yenidən Kiyevə hücum edəcək. Bəli, mənim belə narahatlığım var”, - Moravetski bildirib.
Onun sözlərinə görə, Rusiya 200-500 min nəfəri səfərbər edib:
“Onun çoxlu silah-sursat, pul ehtiyatı var. Əlində olan resurslarla Ukraynaya 2-3 istiqamətdən hücum edə bilər”.
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?