Rusiya müdafiə sənayesi kifayət qədər silah istehsal edə bilmir. Rusiyanın etibarlı silah ixracatçısı kimi rolu onun Ukraynaya müdaxiləsi və beynəlxalq sanksiyaların tətbiqi ilə zəifləyib.
BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin hesabatında bildirilib.
Qeyd olunub ki, Rusiyanın beynəlxalq silah bazarında payı əvvəlki 4 illə müqayisədə 5 faiz azalaraq 19 faizə düşüb:
“Hətta ötən il İndoneziya Rusiyanın 11 qırıcısını almaqdan imtina etdi və ABŞ və Fransaya üstünlük verdi. İndi ziddiyyətli tələblərlə üzləşən Rusiya xarici tərəfdaşlarını təchiz etməkdənsə, Ukraynada istifadə etmək üçün silah istehsal edəcək. Komponentlərin çatışmazlığı ixrac üçün zirehli texnika, hücum helikopterləri və hava hücumundan müdafiə sistemləri kimi avadanlıqların istehsalına da təsir göstərir”.
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?