Bakıda zəlzələ qurbanları üçün pul yığıb, özünə maşın aldı…

15:12 - 2 Fevral 2023 - GÜNDƏM

 Bakıda zəlzələ qurbanları üçün pul yığıb, özünə maşın aldı…

Xoyda baş verən zəlzələ və Tehran Respublikasının zəlzələdən zərər çəkənlərə heç bir yardım etməməsi Şimali Azərbaycanda ciddi narahatlıqla izlənilir və yardım çağırışları edilir.

BUTA.TV xəbər verir ki, bununla bağlı fikirlərini bölüşən tanınmış tarixçi alim Zaur Əliyev olduqca maraqlı bir məqama toxunub.

O, soydaşlarımızın acı çəkməsindən üzüldüyünü bildirməklə bərabər, fərdi yardım kampaniyalarına qarşı olduğunu deyib. Z.Əliyev bunun səbəbini də izah edib:

“Azərbaycanda bir nəfər var, indi bütün dövlət tədbirlərində iştirak edir, özünü yazıçı və şair adlandırır. Rəsmi tədbirlərdə başda oturur, mühüm əhəmiyyətli bir yerdə vəzifə tutur. Şeirləri İranda şah dövründə olan tanınmayan şairlərin tərcüməsindən ibarət olan bu adam özünü İran rejiminə müxalif sayır. Yadımdadır, İranda illər öncə zəlzələ baş verəndə dünyaya çağırış edib, azərbaycanlılardan yardım istədi , 10 min dollardan çox pul yığıldı, göndərənlərin də bəzilərini şəxsən tanıyıram. Bu “şair” pulu topladı və özünə avtomobil aldı”.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Z.Əliyev İrandan guya müxalif olduqları üçün Bakıya gələnlərin 70 faizinin agent olduğunu da iddia edib:

“Əsl milli və müxalif soydaşlarımız özlərini gözə soxmurlar, həm Qarabağ müharibəsində çox dəstək oldular, həm də Vətənə çox bağlı insanlardır.

Ona görə Cənubda zəlzələdən zərər çəkənlərə YAŞAT Fondu vasitəsilə yardım edilsə, hamımız dəstək olarıq. Amma fərdi şəxslərə , xüsusilə ordan gələnlərə inanmayın”.

Qeyd edək ki, Tehran Respublikası Türkiyə Qızılay Cəmiyyətinin Xoydakı zəlzələ qurbanlarına yardım təklifini rədd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol