İrana PUA zərbəsi o qədər güclü olub ki... - Danielyan

12:34 - 2 Fevral 2023 - GÜNDƏM

 İrana PUA zərbəsi o qədər güclü olub ki... - Danielyan

İrana vurulan PUA zərbələri o qədər güclü olub ki, Xoydakı zəlzələ də məhz buna görə baş verib. Çünki həmin ərazilərdə yeraltı cəbbəxanalar var.

BUTA.TV xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

“Məlumat çox fərqlidir. İran zərərin cüzi olduğunu desə də, bir çox REAL mənbə İsfahandakı dron zavoduna ciddi ziyan vurulduğunu bildirir. Zərbə zamanı yalnız İsrail PUA-larının istifadə edilmədiyinə dair müxtəlif informasiyalar da var. Görünür, bunu İsrail ABŞ-ın köməyi ilə həyata keçirib. Və buna müxtəlif rakurslardan baxmaq olar: Bir tərəfdən bu, İrana xəbərdarlıqdır, həm də ABŞ-ın şərtlərini qəbul etmək üçün təzyiq vasitəsidir. Söhbət nüvə proqramından gedir. Hücumun Rusiyaya silah tədarükü ilə əlaqəsi də səbəblərdən biri hesab olunur, amma bu, ikinci dərəcəli səbəbdir”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol