Farslar İrana gəlmə xalqdır – Tanınmış alim

08:02 - 2 Fevral 2023 - GÜNDƏM

 Farslar İrana gəlmə xalqdır – Tanınmış alim

Beynəlxalq sazişlərə əsasən, İran bu ölkədəki səfir və diplomatların təhlükəsizliyini qorumağa borcludur. Əgər bunu edə bilmirsə, deməli, onların dövlət dedikləri bir şey yoxdur.

Bu sözləri Kult.az-a tanınmış alim, filologiya elmləri doktoru Seyfəddin Altaylı deyib.

Farslarda nəinki azərbaycanlılara, bütün türklərə qarşı bir qorxu olduğunu vurğulayan alim onların İrana gəlməsindən də danışıb:

“Farsların bugünkü İrana gəlməsi eradan əvvəl, birinci minilliyin ikinci yarısından başlayıb. Yəni, bunlar gəlmə xalqdırlar. Oranın əsl yerliləri biz türklərik. Tarixi sənədlərə, elmi və arxeoloji araşdırmalara əsasən bunu demək olar. İranda yaşayan türklər türk dünyasının bir parçasıdır. Bu bir reallıqdır. Amma bu yolda mədəni, elmi işlər aparılmalıdır. Bu gün Güney Azərbaycanda yaşayan 50 milyona yaxın türkün - istər azərbaycanlı, istər türkmən, qaşqay və digər türk boylarından onların - mədəniyyəti, dili, kimliyi araşdırılmalı və elmi şəkildə ortaya qoyulmalıdır. Bu arşdırmalar orada yaşayan türklərə də ötürülməlidir ki, onlarda milli mənlik şüuru dirçəlsin”.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Alim bildirib ki, İranda yaşayan türklərin “Güney Türküstan” termini ilə eyniləşdirilməsi doğru deyil:

“Rusların qondarma Orta Asiya termini kimi işlətdiyi yer Türküstanın qərbi, yəni, Qərbi Türküstan, uyğur qardaşlarımızın yaşadığı şərq hissə isə Şərqi Türküstandır. Güney Azərbaycanın Oğuz eli adlandırılması daha düzgün olardı. Ümumiyyətlə, harada türk varsa, oranın Oğuz eli adlandırılması daha uyğundur. Şərqin də, Qərbin də türklə bağlı qorxusu çox uzaq tarixə gedib çıxır. Səlib yürüşlərinin ən böyük səbəbi türkə duyulan nifrət və qorxu olub. Bu gün İranda yaşayan türklərin kimliyi farsın ürəyinə dəhşət və qorxu salıb. Təəssüflər olsun ki, Səlcuq imperiyasının dövlət dili farsca olub. Səbəbi də onlar oturaq olub, türklər isə yarıköçəri yaşadığına görə, məktəblərdə təhsil almayıblar. Oxu-yazı bilməyiblər. Dövlətdə də savadlı adamlara ehtiyac olduğuna görə farslar təmsil olunub. Odur ki, rəsmi dil farsca, orduda danışılan dil isə türkcə idi.

Müasir dövrümüzdə də türk qorxusu davam edir. Amma necə deyərlər qorxunun da əcələ faydası yoxdur”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol