Azərbaycan və İsrail müdafiə nazirləri telefonla danışdı

11:12 - 1 Fevral 2023 - CƏMİYYƏT

 Azərbaycan və İsrail müdafiə nazirləri telefonla danışdı

Fevralın 1-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri Yoav Qallantın təşəbbüsü ilə telefon danışığı olub.

Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayan Y.Qallant ölkələrimiz arasında mövcud münasibətlərdən məmnunluğunu ifadə edib.General-polkovnik Z.Həsənov Y.Qallantı İsrail Dövlətinin müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.

Danışıq zamanı tərəflər baş verən terror hadisələrini kəskin qınayıb, regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol