Blinkendən İsrailə Ukrayna ilə bağlı çağırış

08:02 - 1 Fevral 2023 - DÜNYA

 Blinkendən İsrailə Ukrayna ilə bağlı çağırış

ABŞ Dövlət katibi Entoni Blinken Qüdsdə çıxışı zamanı İranın Rusiyaya dəstəyinə görə İsraili Ukraynaya yardımın həcmini artırmağa çağırıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Maariv” qəzetinin məlumatında bildirilib.

Qeyd olunub ki, Blinken Baş nazir Benyamin Netanyahu, Prezident İshaq Hersoq, xarici işlər naziri Eli Koen və müxalifət lideri Yair Lapidlə görüşüb. Onlarla söhbətində o, Kiyevə dəstəyin vacibliyini bildirib.

"Rusiyanın davam edən vəhşilikləri yalnız Ukraynanın bütün ehtiyaclarına - humanitar, iqtisadi və təhlükəsizlik ehtiyaclarına dəstək vermənin vacibliyini təsdiqləyir, çünki Ukrayna öz xalqını və mövcud olma hüququnu cəsarətlə müdafiə edir", - Blinken qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol