Ermənistan artıq bir neçə aydır dünyaya yeni hekayə yaymağa çalışır ki, guya, bu ölkə qərbyönümlüdür, Rusiya ilə problemləri var, KTMT-dən, Rusiyadan inciyib və s. Belə bir hekayə satmağa çalışmaqla dünyada yaranmış antirusiya koalisiyasından yararlanmaq istəyir. Əslində isə Paşinyan hökuməti dövründə Ermənistanın Rusiyadan iqtisadi və hərbi asılılığı kəskin artıb. 2022-ci ildə isə Qərb sanksiyalarından yan keçmək üçün Rusiyanın istifadə etdiyi əsas ölkələrdən biri Ermənistandır.
BUTA.TV xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
O deyib ki, 2021-ci ildə Rusiya-Ermənistan ticarət dövriyyəsi 2,6 mlrd. dollar olub:
“2021-ci ildə Ermənistandan Rusiyaya cəmi 710 mln. dollarlıq mal-məhsul ixrac edilib. 2022-ci ildə, yəni, Rusiyaya qarşı sərt sanksiyaların tədbiqinə başlanandan sonra Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 5 mlrd. dollara yaxın olub – yəni, bir ildə 2 dəfəyə yaxın artıb, Ermənistandan Rusiyaya ixrac 4 dəfəyə yaxın artaraq 2,5 mlrd. dollardan çox olub.
2022-ci ildə Rusiyadan Ermənistana pul köçürmələri 2021-ci ilə nisbətən 5 dəfəyə yaxın artaraq 4 mlrd. dollara yaxınlaşıb.
2022-ci ilin iqtisadi, maliyyə göstəriciləri, idxal-ixrac rəqəmləri qeyri-sağlam, qeyri-təbii artım göstərib – deməli, burada sanksiyalardan yan keçmə mexanizmləri işə düşüb. 2021-də Rusiyaya cəmi 700 mln. dollarlıq mal-məhsul ixrac edən Ermənistan bir il sonra bu rəqəmi təbii yolla 4 dəfəyə yaxın artıra bilməz - əslində baş verən budur ki, Rusiya bazarında birbaşa iştiraka qadağası olan şirkətlər öz mallarını Ermənistan vasitəsi ilə satırlar, ona görə də Ermənsitandan Rusiyaya, məsələn, elektrotexnika mallarının ixracı bir ildə 10 dəfəyə yaxın artıb və ya, bahalı və yeni avtomobillərin ehtiyat hissəslərinin Ermənsitandan Rusiyaya ixracı 1200% artıb – bütün bunlar Ermənistanın Qərb sanksiyalarından yayınmasında Rusiyaya göstərdiyi qardaşlıq yardımının nəticəsidir”.
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...