Podqoritsada 270 ildən sonra ilk dəfə məscid inşa olunur

21:22 - 31 Yanvar 2023 - GÜNDƏM

 Podqoritsada 270 ildən sonra ilk dəfə məscid inşa olunur

Monteneqronun paytaxtı Podqoritsada 270 ildən sonra ilk dəfə məscid tikilir.

BUTA.TV xəbər verir ki, sonuncu məscidin XVIII əsrdə tikildiyi şəhərdə Osmanlı dövrü abidələrindən biri olan Bəylər məscidi Monteneqro İslam Birliyi tərəfindən əvvəlki yerində yenidən inşa edilir. Sonradan “Hadroviç məscidi” kimi tanınan bu tarixi bina XX əsrin ortalarında sökülmüşdü.

Podqoritsanın Draç rayonunda tikintisinə başlanılan məscid 270 ildən sonra Monteneqro paytaxtında inşa edilən ilk islami tikili olacaq. Məscidin inşası üçün 130 min avro ianə toplanıb, layihənin dəyəri təxminən 620 min avro qiymətləndirilir. Tikinti işlərinin gələn ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol