Fövqəladə Hallar Nazirliyi tərəfindən İon Tikinti MMC-yə verilmiş “xüsusi icazə” həmin MMC-nin rəsmi müraciəti nəzərə alınaraq Nazirliyin 16 yanvar tarixli əmri ilə ləğv edilib.
BUTA.TV xəbər verir ki, bu barədə FHN tərəfindən aidiyyəti qurumlara məlumat verilib.
Qeyd edək ki, sözügedən “xüsusi icazə” “İon Tikinti”yə ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantı anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasını həyata keçirmək üçün verilmişdi.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi radioloji fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxlərə müraciət edərək müvafiq qurğu, məntəqə, avadanlıq və vasitələrin layihələşdirilməsi və hazırlanması zamanı qeyd olunan MMC-yə verilmiş “xüsusi icazə”nin ləğv olunduğunun nəzərə alınmasını tövsiyə edir.
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video