SEPAH-dan Bakıya qarşı təxribat anonsu? – Şok açıqlama

16:04 - 30 Yanvar 2023 - GÜNDƏM

 SEPAH-dan Bakıya qarşı təxribat anonsu? – Şok açıqlama

İrana sığınan, bu ölkənin kəşfiyyatı və Qumda yerləşən ideoloji mərkəzləri tərəfindən dəstəklənən və tərkibində azərbaycanlıların fəaliyyət göstərdiyi “Hüseyniyyun” qrupu (İslami Müqavimət Hərəkatı) Azərbaycan Respublikasında yeni təxribatlar törədə biləcəkləri ilə bağlı ipucları veriblər. Belə ki, onlar özlərinə məxsus Teleqram kanalında “İsrail kəşfiyyatının Azərbaycanda əhalinin sıx olduğu yerlərdə partlayışlar törədərək bunu İranın üzərinə atmağa hazırlaşdığını” iddia ediblər.

Bununla bağlı Güney Azərbaycan Televizyasının rəhbəri Əhməd Obalı BUTA.TV-a açıqlamasında deyib.

O, bu iddianın əslində İran hakimiyyəti tərəfindən ortaya atıldığını, bununla da Tehranın Azərbaycan hökumətinə təhdid mesajı verdiyini bildirib:

“Adı çəkilən qurumun İran Təhlükəsizlik Nazirliyi və SEPAH-ın nəzarəti altında fəaliyyət göstərdiyini nəzərə alaraq, SEPAH və ETTELAAT-ın onlar vasitəsilə Azərbaycanı yeni terror hücumları ilə hədələmək niyyətində olduğunu ehtimal etmək olar. İrana sığınan və Azərbaycanda axtarışda olan şəxslərin özbaşına belə açıqlamalar verməsi mümkün deyil. İran hökuməti Azərbaycana qarşı təxribat təhdidlərini onların vasitəsi ilə çatdırır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol