Bu, Bakının qələbəsinə İranın isteriyasıdır – Şəhanəği

09:10 - 30 Yanvar 2023 - GÜNDƏM

 Bu, Bakının qələbəsinə İranın isteriyasıdır – Şəhanəği

Tehran rejiminin beynəlxalq hüquqa zidd olan son hərəkətləri onun Cənubi Qafqazda mövqelərinin itirilməsi ilə əlaqəlidir.

BUTA.TV xəbər verir ki, bunu Güney azərbaycanlı politoloq və şərhçi Həmid Şəhanəği deyib.

O, Azərbaycan Respublikasının Tehran səfirliyinə qarşı törədilən terror hadisəsini Azərbaycanın uğurlu siyasəti qarşısında İranın siyasi və hətta hərbi məyusluğunun nəticəsi kimi qiymətləndiririb:

“İran İkinci Qarabağ müharibəsinin nəticəsindən narazı və qəzəblidir və bu qəzəbi son iki ildə İran dövlət xadimlərinin bəyanatlarında, Azərbaycan sərhədlərində keçirilən hərbi təlimlərdə, SEPAH-a və rejimə bağlı media orqanlarında Azərbaycana qarşı apardığı təbliğatlarda da görmək olar”.

Onun sözlərinə görə, Azərbaycanın ardıcıl hərbi və diplomatik uğurları bu psixoloji yükü yüngülləşdirməyin yollarını axtaran İranı bir növ əsəbi və çıxılmaz vəziyyətə salıb:

“İranın Ermənistana hərtərəfli dəstək verməklə etdiyi strateji səhv İran sərhədləri daxilində 40 milyondan çox azərbaycanlının nifrət və qəzəbinə səbəb olub, eyni zamanda İranın müsəlman xalqlar və türk dövlətləri tərəfindən sıxışdırılması ilə nəticələnib. Bunun qarşılığında isə İran yalnız Qərbin himayə etdiyi Ermənistanın dostluğunu qazanıb.

İran Qafqazdakı oyunu uduzdu, amma hələ də bu itkini həzm edə bilmir. Bu itkinin acısı Tehranı çılğın hərəkətlər etməyə sövq edə bilər. İran sərhədləri daxilində qırx milyonluq azərbaycanlının qəzəbindən qorxmasa, genişmiqyaslı münaqişənin başlanğıcı ola biləcək sərsəm hərəkətlərə belə əl ata bilər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol