Rusiya bu bölgədə də münaqişəni qızışdırır

08:18 - 30 Yanvar 2023 - GÜNDƏM

 Rusiya bu bölgədə də münaqişəni qızışdırır

Rusiya Balkanlarda, o cümlədən Bolqarıstan və Şimali Makedoniya arasında münaqişələrin qızışdırılmasında maraqlıdır.

BUTA.TV xəbər verir ki, bunu Makedoniyanın xarici işlər naziri Bucar Osmani deyib.

Osmaninin sözlərinə görə, Bolqarıstanla münasibətlərin hazırki kəskinləşməsi regionda daimi münaqişənin saxlanmasında maraqlı olanlara sərf edir:

“Üçüncü tərəflər regionumuzda daha asan təsir göstərə bilmək üçün bu regionda vaxtilə dondurulmuş münaqişələri dəstəkləməkdə maraqlıdırlar”.

Jurnalistin “üçüncü tərəf"in kim olduğu sorğusuna makedoniyalı diplomat Rusiyanın adını çəkib.

Qeyd edək ki, son aylarda Bolqarıstan və Makedoniya arasında münasibətlər bir sıra tarixi mübahisələr və milli azlıqların hüquqlarının təminatı səbəbindən pisləşib.

Keçən həftə Bolqarıstan səfiri hətta Makedoniyadan geri çağırılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol