Bu hadisənin planlı olduğu və İran xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyinə dair, demək olar ki, heç bir şübhə yoxdur, hər şey açıq-aydın ortadadır.
Bu sözləri politoloq Turab Rzayev Azərbaycanın İrandakı səfirliyinə 27 yanvarda edilən terror hücumu haqda danışarkən deyib.
Politoloq hesab edir ki, İran kəşfiyyat orqanları terror hadisəsini törədə biləcək şəxs üçün xüsusi motiv və hekayə hazırlayıblar:
“Hadisəni törətmək üçün fiziki imkanları daha güclü bir adam tapmaq isə, görünür, asan olmayıb. Burada bir neçə maraqlı məqamı da sadalamaq lazımdır. Belə ki, səfirliyimizə hücumun Holokostu Anma Günü ilə eyni vaxtda düşməsi və İranın qatı əleyhdarlarından olan Misir Prezidenti Sisinin Azərbaycana səfəri ərəfəsinə təsadüf etməsi diqqət çəkir. Xatırladım ki, İsrail və ərəb ölkələrinin əməkdaşlığına yönəlmiş “İbrahimin akkordları” adlı bir layihə vardı. Amerika Prezidenti Tramp dönəmində daha çox gücləndirildi. Bu layihəni maliyyə cəhətdən Səudiyyə Ərəbistanı və BƏƏ təmin edirdi. Güc baxımından isə layihəni Misir dəstəkləyirdi. Bu baxımdan, Misir prezidentinin Bakıya səfəri ərəfəsində terror hücumunun təşkil edilməsi diqqətdən kənarda saxlanmamalıdır. Buna paralel isə həmin gün İranda qondarma “Artsax”a dəstək və Laçın dəhlizinin açılması ilə bağlı erməniyönlü bir mitinq keçirildi. Amerika və Britaniyadan olan erməni təşkilatların da Vaşinqtonda “Artsax”ı qoruyaq” mitinqi təşkil olunur. Hətta Azərbaycan səfirliyi qarşısında da antiazərbaycan mitinqləri baş tutur”.
Politoloq bildirib ki, son hadisələrə kompleks yanaşanda ölkəmizə qarşı sistemli bir hücumun həyata keçirildiyi ortaya qoyur:
“Bu terakt və bu ərəfədə baş verənlər sanki bölgədə formalaşa biləcək Azərbaycan-Türkiyə-İsrail strateji ittifaqına və buna qatılmağa çalışan Misirə ümumi bir mesaj xarakteri daşıyır. Qəribədir, bundan bir neçə gün öncə rusiyalı yüksək rütbəli şəxs İran Astarası və Rəşt dəmir yolunun açılışı mərasimində stadiona təcili eniş etmişdi. Hətta buna görə futbol oyunu yarım saat gecikdi. Burada Azərbaycan-Türkiyə-İsrail itifaqına qarşı, bəlkə, Rusiya-Ermənistan-İran ittifaqının da izlərini görmək olar. İran və Ermənistanın bu məsələdə birgə addım atdığı bəllidir, ancaq Rusiyanın rolunu düşünməyə ehtiyac var. İki məsələ Rusiyanin iştirakını gücləndirə bilər. Birincisi, dəhliz məsələsidir. Bununla Rusiya Şimal-Cənub dəhlizin əhəmiyyətini göstərib, Azərbaycandan dəhlizin açılmasını tələb edə bilər. Digər məsələ isə hücumda gürzdən istifadə olunmasıdır. Bu alət də daha çox “Vaqner”in aləti hesab olunur. Qeyd edim ki, ”Vaqner”in rəhbəri noyabr ayında Avropa İttifaqına, dekabrda isə Finlandiya səfirliyinə gürz göndərərək mesaj vermişdi”.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir