Apteklərdə ən çox tələbat olan preparatlardan biri də Viaqradır.
Bəzən yanlış olaraq düşünürlər ki, bu dərmanı orta yaşlı və yaşlı kişilər, eləcə də potensiya zəifliyi olan kişilər əldə edir. Apteklərdə apardığımız sorğu göstərdi ki, indi viaqranı çox soruşan kişilərin yaş həddi 21-35 yaş arasıdır. Hətta15-17 yaş arası yeniyetmələr də soruşur, amma bu yaşda uşaqlara satılmır.
Viaqraya tələbatın bu dərəcədə artmasına səbəb son illər kişilər arasında cinsi erektil disfunksiya, potensiya zəifləməsi və erkən boşalma kimi intim problemlərin artmasıdır.
Kişilər bu problemləri androloq, seksopatoloq, psixoloqla müalicə etmək əvəzinə qısa və asan yolu seçir.
RegionTV.info Viaqranın tarixinə baş vurub, əslində nə üçün icad olunduğunu araşdırıb. Qadınlarla münasibətdə “gizli silahınız” viaqra barədə bilmədiklərinizi öyrənəcəksiniz.
Viaqra ürək dərmanı imiş
Tibbi adı Sildenafi olan Viaqra 1992-ci ildə yaradılıb. Əvvəlcə o, yüksək təzyiq və ürəyin stenokardiya xəstəliyi üçün kəşf edilib. Viaqra ürək-qan damar sistemini aktivləşdirir.
Viqaranın tərkibində olan kimyəvi maddələr penisin əzələlərinə təsir göstətərək, qan axımını sürətləndirir və ereksiya halı yaşadır. Məhz bu səbəbdən preparatın kişi cinsi orqanlarına güclü təsir etdiyi elə ilk sınaqlardan məlum olub. Beləliklə 1998-ci ildən preparat Viaqra adı ilə intim həvəs oyadıcı vasitə kimi ABŞ bazarlarında satışa çıxarılıb.
Viaqranın bilmədiyiniz tərəfləri
UTANCAQ PANDALARI DA EHTİRASA GƏTİRİR
- Xərçəng əleyhinə təsir göstərir. Amerika alimləri viaqranın prostat vəzi, mədə və yumurtalıq xərçənginin qarşısını aldığını ehtimal edirlər.
- Məlum olduğu kimi pandalar çox utancaq heyvanlardır. Viqara hətta utancaq pandaların ehtirasını artıraraq onları cütləşməyə təhrik edir.
- İdmançılar uğur əldə etmək üçün bir çox üsullara əl atırlar. Bu üsullardan biri də yarış öncəsi viaqra preparatının qəbuludur.
Yataqda şirin ölüm
Eskort qadınlar Viaqra içən kişidən niyə qorxur?
Bütün bu sadalanan müsbət xüsusiyyətlərlə yanaşı viaqranın mənfi təsirləri də var. Ürək-damar problemləri olan şəxslər preparatın qəbulunda çox diqqətli olmalıdırlar. Çünki viaqra insult və infarkt riskini artırır. Xatırlayırsızsa, turizmin çiçəkləndiyi vaxtlarda Bakıya gələn ərəb turistlərdən bir neçəsinin oteldə ölməsinin bir səbəbi də məhz viaqra ilə içki qəbul etməsi göstərilirdi.
Viaqra satışa çıxandan bu vaxta kimi yüzlərlə kişi bu preparatın qurbanı olub. Bu ölümlərin viaqradan olmasını sübut etmək üçün nə qədər məhkəmələr keçirilib, hətta təzminatlar tələb olunub. 1998-ci ildə Honkonqda bir fahişənin məhkəmə prosesi keçirilirdi. Qadın qarət məqsədilə müştərisini öldürməkdə ittiham olunurdu. Aylarla sürən istintaqdan sonra məlum oldu ki, 82 yaşlı kişini heç də ucuz fahişə öldürməyib. Onun ölümünə səbəb viaqra idi.
ABŞ Dərmanlara Nəzarət Departamentinə "Viaqra" qəbulundan sonra 130 ölüm faktının daxil olduğu barədə məlumat var. Ölümlərdən 3-ü insultdan, 77-i isə ürək-damar xəstəliklərindən baş vermişdi. 48 ölümün səbəbi naməlum qalıb.
Ölənlərdən 16 nəfəri isə "Viaqra" qəbulu zamanı bir səhvə yol vermişdilər - "Viaqra" ilə eyni zamanda spirtli içki də qəbul etmişdilər ki, həkimlər bunu qəti yolverilməz hesab edir. Başqa sözlə, öz əlləri ilə ölüm yolu açmışdılar.
Azərbaycanda da oteldə, istirahət mərkəzlərində, eləcə də qadınlarla görüş zamanı bir neçə kişinin qəfildən ölməsi kimi faktlar az olmayıb.
Qadınlar ilkin dindirilmə zamanı kişinin içki içdiyini, hansısa dərman atdığını qeyd ediblər. Lakin ölümün məhz viaqra təsirindən olması məhkəmə tibbi ekspertizası tərəfindən meyitin müayinəsi və bəzi analizlərlə təsdiqlənməlidir.
Çox zaman ölən şəxsin yaxınları bu faktı ört-basdır edir və mərhumun elə infarktdan, insultdan öldüyünü bəyan edir. “Ürəyi əvvəldən xəstə idi” deyərək, yaxınlarının adının viaqra qalmaqalı ilə hallanmasını istəmirlər.
Beynəlxalq ürək xəstəlikləri asossiasiyasının kardioloqları hesab edirlər ki, dərmanın qəbulundan əvvəl sekspotoloq, kardiloq və ya uroloqla məsləhətləşmə vacib sayılır.
Bu kişilərə olmaz!
-
Miokard infarktı keçirmiş orta yaşlı insanlar
-
Ürəyin tac damarları tutulmuş və ya tutulmağa meyilli insanlar
-
Yüksək qan təzyiqi olanlar
-
Beyin qan dövranı pozğunluğu
-
Böyrək çatışmazlığı
-
Çəkisi 100 kq-dan yuxarı olan kişilərə
-
Ürək və təzyiq dərmanları qəbul edənlərə
-
Energetik və yüksək faizli spirtli içki içənlərə
Qadınlar içərsə nə baş verər?
Gizlicə çaya, şirəyə Viaqra qatan kişilər möcüzə gözləyir
Təəssüf ki, kişilər özləri viaqra içməkdən geri qalmayıb, qadınlara da bu dərmanı içirib, effektini görmək istəyirlər.Bəzi qadınlar buna razı olur, bəzilərinin isə heç xəbəri də olmur. Bəzən kişilər qadının içkisinə dərmanı gizlicə əlavə edir.
Möcüzə baş verirmi? Həkimlər bildirir ki, Viaqra və bunu kimi dərmanlar qadın cinsi orqanları və orqanizmi üçün nəzərdə tutulmayıb və təsir mexanizmi qadına uyğun deyil.
Araşdırmalara görə, viaqra qəbulundan sonra qadınlar nəinki ehtiraslanır, əksinə olan-qalan istəyi də itir. Çünki viaqranın tərkibindəki maddələr qadınların ürək ritmini dəyişir, başı ağrıyır, miqren başlayır, yuxusu gəlir, özünü pis hiss edir.
Qadınları intim sferada idarə edən hormonlardır. Viaqra isə hormonlara təsir etmir. Ona görə də qadınları Viaqradan nə qədər uzaq tutsanız, o qədər yaxşıdır.
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış