27 yanvar tarixində İrandakı səfirliyimizə hücum və onun ətrafında yaranan ziddiyyətlər ciddi müzakirələrə səbəb olub.
BUTA.TV xəbər verir ki, ziddiyyət yayılan videolar, azərbaycanlı mühafizəçinin terrorçunu zərərsizləşdirməsi, daha sonra terrorçunun səfirliyin qapısını gürzlə döyəcləməsi görüntüləri əsasında ortaya çıxıb.
Bəs, əsl ardıcıllıq necədir?
Səfirliyin çöl kamerasından görünür ki, Yasin Hüseynzadə olduğu deyilən terrorçu binanın güdüb, səfirliyə adam gəlməsini və qapının açılmasını gözləyib. Bu zaman səfirliyin əməkdaşları (mühafizəçilər) gəlib. Bundan istifadə edən terrorçu saat 08:08-də səfirlik önünə sürətlə yaxınlaşaraq, öz maşını ilə səfirlik maşınını vurub, bu zaman digər səfirlik əməkdaşının çölə çıxmasından istifadə edərək, açılan qapıdan içəri keçib.
Səfirliyin daxilində olan kamera yazılarında terrorçunun içəri keçməsi saatı 08:32 göstərilir.
Bu, Tehran vaxtı ilə Bakı vaxtı arasındakı fərqlə bağlıdır. Tehranda saat Bakı vaxtından 30 dəqiqə geridir, kameralar arasında saat fərqi də təxminən 24 dəqiqədir.
Səfirliyimizin təhlükəsizlik xidmətinin rəisinin (Orxan Əsgərov) güllələnməsindən sonra Vasif Tağıyevin qəhrəmanlığı ilə terrorçu binadan çölə atılıb. Terrorçu isə əl çəkməyib və maşınından götürdüyü gürzlə qapıya çırpmağa, atəş açmağa davam edib. Onun bu hərəkətləri çöl kamerası ilə qeydə alındığından, Bakı vaxtı ilə 24 dəqiqə geridir və elə təəssürat yaranır ki, o, qapını gürzlə vurduqdan sonra yenidən içəri girib.
Halbuki terrorçu içəridən çıxarıldıqdan sonra yenidən içəri girə bilməzdi.
Digər ziddiyyətli məqam Y.Hüseynzadə olduğu bildirilən şəxsin maşınında qabaq oturacaqda qadının olmasıdır. Qadınla bağlı heç bir görüntü yoxdur və bu barədə azərbaycanlı mühafizəçinin verdiyi izahatda səsləndirdiyi iddia təsdiqlənmir. Zatən azərbaycanlı mühafizəçinin (Vasif Tağıyev) onun maşınını görmək fürsəti də olmayıb. 08:32 dəqiqədə, içəri kameradan olan görüntülərdə səfirlik avtomobilinin vurulmasından sonra qapını açan şəxs başqa mühafizəçidir, terrorçunu binadan çıxarmağı bacaran isə ağ köynəkdə olan Vasif Tağıyevdir və onun terrorçunun gəldiyi maşının içini görmək fürsəti olmayıb.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir