Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktının əvvəlcədən planlaşdırılması fikri yayılan görüntülər və İran rejiminin rəsmi açıqlamaları fonunda da ön plana çıxır.
İran polisi “kalaşnikovlu” terrorçuya müdaxilə etmir;
Görüntülərdə terrorçunun səfirliyin önünə avtomobillə gəldiyi və binanın önündəki İran polisinə əli ilə işarə edərək, içəri daxil olduğu görünür. Burada diqqətçəkən məqam terrorçunun təkcə İran polisinə toxunmaması yox, həm də polisin davranışıdır: mühafizə köşkündəki İran polisi “kalaşnikovlu” terrorçuya qarşı heç nə etmir, halbuki, binaya daxil olarkən arxasınca atəş açaraq dayandıra, yaxud hansısa formada müdaxilə etməliydi; İran polisi nəinki müdaxilə etmir, ümumiyyətlə heç nə olmamış kimi yerində əyləşməyə davam edir;
Terror aktını “məişət hadisəsi” kimi təqdim etməyə çalışan İran tərəfinin rəsmi açıqlamaları ziddiyyətlidir;
1. Tehran polisi “məişət zəmini” rəyini gücləndirmək məqsədilə terrorçunun səfirliyin önünə övladları ilə gəldiyini iddia edir:
- videogörüntülərdə terrorçunun gəldiyi avtomobildə əlavə şəxs(lər)in olduğu görünmür;
- avtomobildə azyaşl uşağın olmadığını terrorçunun davranışı da təsdiq edir: şəxs maşını sürətlə idarə edərək, səfirliyin binası önündəki avtomobilə çırpır; əgər şəxs İran polisinin iddia etdiyi kimi, həqiqətən də “ailə zəminində” hücum etsəydi və övladları ilə gəlsəydi, avtomobili sürətlə digər maşına çırpmazdı. Bir daha vurğulayaq: İran polisi qəza törədən şəxsi saxlamaq əvəzinə, onu sanki Azərbaycan səfirliyinə ötürür. Məntiqlə, avtomobilini digər maşına çırpan bir şəxsin aqressiv, qəzəbli olduğunu görməli, onu zərərsizləşdirməli idi.
2. Terror hücumunun “məişət hadisəsi” kimi təqdimatı üçün belə açıqlama verilir: “İlkin istintaqda təqsirləndirilən şəxs iddia edib ki, bu ilin əvvəlində həyat yoldaşı Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə gedib və evə qayıtmayıb. Şəxs səfirliyə hücumu belə izah edib ki, o, Azərbaycanın Tehrandakı səfirliyinə dəfələrlə müraciətləri zamanı onlardan heç bir cavab almayıb və həyat yoldaşının səfirlikdə olduğunu düşünüb. Bu gün səhər “Kalaşnikov” avtomatı ilə səfirliyə getməyə qərar verdib. Şəxs ilkin istintaqda hücumun motivinin tamamilə şəxsi olduğunu iddia edib”.
Açıq suallar yaranır:
- Terrorçunun həyat yoldaşı azərbaycanlı deyil, niyə məhz Azərbaycan səfirliyinə “sığınıb”;
- Təcrübə ilə isbatlanıb: İranda, adətən başqa ölkələrə sığınmaq istəyənlər Avropa səfirliklərinə üz tutur, bu, həm müdafiə olunmaq, həm də mühacirətə getmək imkanı yaradır, niyə indi Azərbaycan səfirliyi?!
- Terrorçu, həyat yoldaşının bu ilin əvvəlində səfirliyimizə “sığındığını” iddia edir: bu kimi hallar adətən siyasi motiv daşıyır və belə hallar mütləq ictimaiyyətə açıqlanır, belə olubsa, İran tərəfi indiyə qədər niyə heç bir açıqlama verməyib?
- İran rejimi etirazların başlanmasından sonra “fövqəladə vəziyyət” tətbiq edib: bu vəziyyətdə terrorçu “Kalaşnikov” avtomatını necə əldə edir və Tehranda heç bir postda saxlanılmadan səfirliyimizə yaxınlaşa bilir? Ümumiyyətlə, İranda avtomat silah əldə etmək bu qədər asandır?
Terror hücumunda bütün oxlar İran rejimini göstərir. Tehranın terror aktını israrla “məişət hadisəsi” kimi göstərmək cəhdi də bu kontekstdə təsadüfi deyil.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir