Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Prezidenti İshaq Hersoqun COP-29-da iştirak etmək üçün onun təyyarəsinin Azərbaycana Türkiyə hava məkanından istifadə edərək keçməsinə icazə verilməməsi məsələsini şərh edib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyada keçirilən G-20 sammiti çərçivəsində baş tutan mətbuat konfransı zamanı danışıb.
“Bizim hava məkanımızdan istifadə etməsinə icazə vermədik. Daha fərqli xətlər, imkanlar var. Oralardan getməsini dedik. Amma gedib ya gedə bilmədiyini də bilmirəm. Biz artıq, Türkiyə olaraq, bəzi şeylərdə öz münasibətimizi ortaya qoymağa məcburuq və bunu edəcəyik”, - deyə dövlət başçısı bildirib.
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi