Rusiya sülhməramlı kontingentinin hərbçiləri Xocavənd və keçmiş Əsgəran şəhərlərində erməni əhalisinə ərzaq paylayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
”Rusiya sülhməramlı kontingenti humanitar yükləri daşıyan iki avtomobil karvanını müşayiət edib: bir karvan Gorus-Xankəndi, digəri Erebuni-Xankəndi marşrutu üzrə”, - məlumatda deyilir.
Maşın karvanlarında nə qədər maşın olduğu və nə qədər ərzaq yardımı paylandığı açıqlanmayıb.
Qeyd edək ki, Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 45-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər. Ötən gün ərzində 61 avtomobilinin maneəsiz keçməsinə şərait yaradılıb.
- Sabahın hava proqnozu açıqlandı
- Daşkəsəndə avtomobil yolu çökdü
- Qazaxda 18 yaşlı qız dəm qazından öldü
- Yol polisi rayonlardan qayıdanlara müraciət etdi
- Beş gün ardıcıl iş olmayacaq
- Nazir müavini Balayevin vəfat etdiyi xəstəxanada - Foto
- Sadiq dost, dəyərli insan itirdim - Alim Qasımov
- Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş