Zelenski Qərb tanklarının köməyi ilə Krıma hücum edəcək.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bunu Ukrayna ordusunun generalı Nikolay Malomuj deyib.
O bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ağır texnikanın çatdırılmasına başlandıqdan 2 ay sonra Krıma hücum etmək üçün Qərb tanklarından istifadə edəcək.
“Bu, tanklarla Donetsk istiqamətində və bütün cənub dəhlizi, o cümlədən Krım boyunca hücuma keçməyə imkan verəcək”, - Malomuj bildirib.
O əlavə edib ki, Krıma hücumun vaxtı Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin hazırlığının sürətindən asılıdır. Ukrayna ordusunun generalı hesab edir ki, bu, 2 ay çəkəcək.
- Xəzər dənizində zəlzələ oldu
- Hərbi xidmətdən yayınanlara qarşı qaydalar sərtləşdirilir
- Naxçıvanda əməliyyat: 21 yaşlı qadın saxlanıldı - Video
- Xətai rayonu bayram ab-havasında... - Foto/Video
- Tramp İranla müharibədə məğlub olacaq
- Qəbul imtahanlarının tarixi açıqlandı
- Prezident bu hərbçiləri təltif etdi - Adlar
- Dünən keçirilən buraxılış imtahanının düzgün cavabları açıqlandı