Bu günlərdə “Mülki müqaviləsi” partiyası “fəal” müzakirələr aparır. Onlar ölkənin qarşısında duran çağırışları unudaraq, bəzi müxalif deputatların mandatdan məhrum edilməsi məsələsini müzakirə edib, indi isə “Ermənistan” fraksiyasının deputatları Seyran Ohanyan və Armen Çarçyanının mandatdan məhrum edilməsinə razılıq verilməsi məsələsinə keçiblər.
BUTA.TV xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
“Hakim fraksiya ilə bağlı bu və bütün digər mühüm qərarları fraksiya rəhbəri Hayk Koncoryan, Ermənistan paralamentinin spiker Alen Simonyan və Baş nazir Nikol Paşinyan qəbul edir. Onlar komanda yoldaşları ilə müzakirə etmədən, fikirlərini soruşmadan qərar verirlər. Üstəlik, bəzi fraksiya deputatlarına (mətbuatla nisbətən tez-tez ünsiyyətdə olan) qərarlar barədə yalnız son anda məlumat verilir ki, informasiya “sızmasın”. Təbii ki, hakim fraksiyada bitərəf deputatlar var ki, onların hansı qərarların veriləcəyi vecinə deyil, onlar “müşahidəçi” və ya “düyməbasan” rolunu oynayırlar”, - məlumatda deyilir.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir