Kiyevin ağır vəziyyəti onun marionetçiləri üçün ciddi narahatlıq doğurur, lakin yeni texnika Kiyevə kömək etməyəcək.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsinin rəhbəri Leonid Slutski Almaniyanın "Leopard" tanklarının Ukraynaya tədarükü ilə bağlı qərarını şərh edərkən bildirib.
"Avropanın necə kor və asılı vəziyyətə düşdüyünün daha bir sübutu... Hər şey Vaşinqtondan və nəticələri nəzərə alınmadan edilir... Yəqin ki, Kiyev rejiminin "döyüş meydanında" hazırkı mövqeyi onun nümayəndələri arasında ciddi narahatlıq yaradır. ABŞ alman müttəfiqlərini hərbi cəhətdən xeyli zəiflədir.Bəs bu Vaşinqtonu nə vaxt narahat edirdi?", - Slutski Teleqram kanalında yazıb.
- Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd – Vəliyev
- Teleqram iki gündə 150 mindən çox kanalı blokladı
- Şəmkirdə oğul anasını öldürüb, özünü yandırdı
- FHN 454 nəfəri təxliyə etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Daşkəsəndə avtomobil yolu çökdü
- Qazaxda 18 yaşlı qız dəm qazından öldü
- Yol polisi rayonlardan qayıdanlara müraciət etdi