Real TV-nin çəkiliş heyəti İŞİD-in işğal etdiyi ərazilərdə - Video

17:06 - 24 Yanvar 2023 - GÜNDƏM

 Real TV-nin çəkiliş heyəti İŞİD-in işğal etdiyi ərazilərdə - Video

REAL televiziyası 50 ildir müharibə gedən və hələ də İŞİD terror qruplaşmasının qalıqları olan İraqda sənədli film çəkib.

BUTA.TV xəbər verir ki, illərdir ki qeyri-sabit siyasi şəraitində olan İraq haqqında sənədli film ərsəyə gətirməkdə məqsəd bu ölkəni Azərbaycan izləyicisinə olduğu kimi təqdim etməkdir.

Eyni zamanda İraqın sərhəd qonşusu İranın o ərazilərdə törətdiyi təxribatları, 1980-1988-ci ildə baş verən İraq-İran müharibəsində iraq xalqının başına gətirilən soyqırımı aktını gündəmə gətirməkdir. Həmçinin sənədli filmdə iraq şiəliyinin modeli izləyicələrə təqdim olunacaq. İslamı və dini terror üçün istifadə edənlərə İraqda baş verən hadisələri və dinin siyasətə qarışmamasını bir daha dünya ictimaiətinə çatdırmaqdır.

Real TV-nin çəkiliş heyəti İraqın bir çox ərazilərində olub, İraqda yaşayan müxtəlif xalqların son illər ərzində yaşadığı dəhşətləri lentə alıb. Real komandası İŞİD terror qruplaşmasının işğal etdiyi İraqın təhlükəli ərazilərinə də səfər edib. İŞİD-in hərbi bazasında çəkilişlər edib və hətta indiyə qədər keçilməyən minalı ərazilərə daxil olaraq yerində görüntüləri lenta almağı bacarıb. Filmdə həmin hissələr də yer alır.

Eyni zamanda filmdə eksklüziv olaraq çəkiliş qrupu əsrlər boyu İraqda yaşayan türkmən qardaşlarımızla görüşüb və onların başına gətirələn dəhşətli hekayələri dinləyib. Eksklüziv müsahibələr sənədli filmdə yayımlanacaq.

Filmin adı “Əbədi burulğan” seçilməsi də təsadüfü deyil. İllərdir burulğanlara sinə gələn ölkənin əzminə işarədir.

Filmin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayeva, quruluşçu operatoru Rahim Mustafayev , montaj rejissoru Qafar Məhərrəmov redaktoru isə Səbinə Ağayevadır. Film tezliklə Real TV-də yayımlanacaq.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol