2019-cu ildə Bakının Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyov küçələrini birləşdirən, xalq arasında "Qaqarin” körpüsü kimi tanınan "Cavanşir” körpüsünün söküləcəyi açıqlanmışdı.
BUTA.TV Bakı.vs-yə istinadən xəbər verir ki, hətta bununla bağlı layihənin olduğu da qeyd edilmişdi.
Bildirilib ki, körpü sökülüb yerində yeni yol çəkiləcək.
4 ildən çox müddət keçməsinə baxmayaraq, bu reallaşmayıb. Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, hazırda körpünün sökülməsi gündəmdə deyil:
"Belə bir təklif var idi. Hazırda həmin təklif gündəmdə deyil".
- KVN komandasından heç kim Elnurla vidaya getmədi
- ADSEA gücləndirilmiş rejimdə çalışır - Foto
- BŞİH gücləndirilmiş iş rejiminə keçdi
- Prezident bu teatrın kollektivini təbrik etdi
- Bakıda yağışlı havada baş verən qəzanın – Anbaan videosu
- Yağıntılı hava nə vaxta kimi davam edəcək?
- Bakıda güclü yağış fəsadlar törətdi - Video
- DYP-dən yağışlı hava ilə bağlı sürücülərə çağırış