Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Dəniz “həbs"dən ÇIXIR – Çimərliklərə keçid verməyən qəfəslər belə sökülür (FOTOLAR)

Ölkə
Dəniz “həbs"dən ÇIXIR – Çimərliklərə keçid verməyən qəfəslər belə sökülür     (FOTOLAR)

Nazirlər Kabineti yanında Operativ Qərargahının verdiyi qərara görə, avqustun 5-dən etibarən, Ekologiya və Təbii Sərvətlər (ETSN) və Fövqəladə Hallar (FHN) nazirlikləri ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

 

Bakının bəzi çimərliklərinə baş çəkən Yenicag.az-ın əməkdaşları Operativ Qərargahın yuxarıda qeyd olunan qərarının icrasını müşahidə ediblər.

 

Müşahidəyə əsasən, istifadəyə veriləcək çimərliklərdə artıq hazırlıq işləri tam yekunlaşıb. İnsanların iki metrlik sosial məsafəni gözləmək şərtilə, tək və ailə üzvləri ilə birlikdə əyləşəcəkləri yerlər xüsusi iplər və digər vasitələrlə müəyyən edilib, xəbərdarlıq lövhələri qoyulub.

 

Ərazidə xidməti vəzifələrini yerinə yetirən FHN əməkdaşları ilə söhbət zamanı məlum olub ki, çimərliyə icazə verilən yerlərdə suyun içərisi və sahil zibillərdən təmizlənib. Bundan əlavə, çimərliyə gələnlərin sahildən uzaqlaşa biləcəkləri maksimum məsafə də işarələnib.

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla