İran “Şəhid Süleymani” layihəsinə başladı

23:18 - 22 Yanvar 2023 - GÜNDƏM

 İran “Şəhid Süleymani” layihəsinə başladı

İran ölkənin ilk peyk qrupunun istismar mərhələsinə start verdiyini elan edib.

BUTA.TV xəbər verir ki, bunu İranın Kosmik Agentliyinin rəhbəri Həsən Salariyə deyib.

O bildirib ki, İran Kosmik Agentliyi ölkənin ən mühüm kosmik layihələrindən birinə Qasım Süleymaninin adını verib:

“10 illik kosmik proqram əsasında insanlara, dövlət qurumlarına və təşkilatlara, həmçinin özəl sektora xidmət göstərmək üçün İran Kosmik Agentliyinə Yer orbitində telekommunikasiya peyk sistemini yerləşdirmək tapşırılıb.

“Süleymani Şəhid Layihəsi” adlanan və ölkəmizin peyk sisteminin ilk layihəsi sayılan proyektin həyata keçirilməsi bir sıra peyklərin istehsalında və onların şəbəkəsinin formalaşmasında əldə olunan nailiyyətlər baxımından böyük əhəmiyyət kəsb edir”.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol