20 Yanvar faciəsinin ildönümündə Şəhidlər Xiyabanında dini şüarlar səsləndirən şəxslər saxlanılıblar.
BUTA.TV xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.
“20 Yanvarda dini şüar səsləndirən şəxslərin hər biri müəyyən olunub. Həmin şəxslərdən beşi barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib”, - deyə o qeyd edib.
DİN-in rəsmisi əlavə edib ki, məhkəmə qərarı ilə onlar barəsində müxtəlif müddətlərdə inzibati həbs tənbeh tədbiri tətbiq edilib:
“Digərləri barədə araşdırmalar davam etdirilir”.
- Həsənovun cinayət işi məhkəməyə göndərildi
- Taksi sahiblərinin nəzərinə: Sığorta ilə bağlı mühüm qərar...
- Bakı metrosuna yeni qatarlar alınacaq
- Azərbaycan onu Tacikistana təhvil verdi
- Qanlı Göl ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq
- Bağça müəllimlərinin nəzərinə: Yerdəyişmə müsabiqəsi...
- Aprelin ilk ongünlüyündə hava belə olacaq
- Elektromobili “evdən şarj” etməyin təhlükələri