Zaqatalada 15 otaqlı ev yandı

17:18 - 21 Yanvar 2023 - GÜNDƏM

 Zaqatalada 15 otaqlı ev yandı

Zaqatala rayonunun Muğanlı kəndində 1957-ci il təvəllüdlü İbrahim Həsən oğlu İbrahimova məxsus fərdi yaşayış evində yanğın olub.

BUTA.TV xəbər verir ki, yanğın zamanı ümumi sahəsi 480 kv.m olan 15 otaqdan ibarət olan yaşayış evinin 2-ci mərtəbəsindəki 9 otaq və tavan hissəsi tamamilə yanıb.

Evin birinci mərtəbəsində olan 6 otaq isə yararsız vəziyyətə düşüb.

Yanğın yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Toya hazırlaşanların diqqətinə - Video

Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol