Stokholmda Qurani-Kərimin yandırılması açıq-aşkar nifrət və insanlıq cinayətidir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Tvitter hesabında yazıb.
“Bunu şiddətlə qınayırıq. Bütün xəbərdarlıqlarımıza baxmayaraq, bu hərəkətə icazə vermək islamofobiyanı təşviq edir. Müqəddəs dəyərlərə hücum azadlıq deyil, müasir barbarlıqdır”, - Kalın bildirib.
Qeyd edək ki, İsveç polisi tərəfindən Türkiyənin bu ölkədəki səfirliyi önündə Qurani-Kərimin yandırılmasına icazə verilib.
- “Kristal” iddialara aydınlıq gətirdi
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır
- Polis əməliyyatı: 20 silah aşkarlandı
- Bakıda 29 yaşlı oğlan oteldə öldü
- Cəbrayılda açıq ərazidə yanğın oldu
- Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı
- FHN əməkdaşları faciədən öncə... - Video
- Sabah hava necə olacaq?