Ukraynadan Ermənistana PUA bu ölkədən daşınır

00:16 - 21 Yanvar 2023 - GÜNDƏM

 Ukraynadan Ermənistana PUA bu ölkədən daşınır

Erməni diasporu Ukrayna ordusunun pilotsuz təyyarələrini Ermənistana göndərir. Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın açıqlaması bunun etirafı hesab oluna bilər.

“Biz artıq Ermənistana kəşfiyyat məqsədilə istifadə olunan pilotsuz uçuş aparatlarını göndərmişik. Mən təyyarələrlə göndərənləri tanıyıram... Varşava-İrəvan reysi ilə aparılır. Buradan, Ukraynadan ordumuza çoxlu kömək göndərilir. Təsəvvür edin, bizdə müharibə var. Amma bizim ermənilər Ermənistana kömək edə bilirlər, Ukrayna tərəfindən vuruşan hərbçilərmiz Ermənistandakı qardaşlarına pilotsuz uçuş aparatları göndərə bilirlər”, - Arutyunyan deyib.

Və bununla kifayət qədər ciddi məqamları da açmış olur.

Birincisi, ermənilər PUA-ları necə əldə edir?

İkincisi, daşınma hansı marşrutla həyata keçirilir?

Arutyunyanın açıqlamasında sualların cavabı da var:

- müharibə aparan Ukraynada PUA-lar, yaxud digər silahların satışının həyata keçirilmədiyi bəllidir, bu yalnız o halda baş verə bilər ki, orduda kimlərsə Qərb ölkələrinin verdiyi, yaxud Ukrayna xalqının pulu ilə alınan silahları oğurlayaraq, satır;

- erməni diasporu da Ukrayna ordusunun arsenalına daxil olan silahları qanunsuz yolla əldə edir və qaçaqmalçılıq yolları ilə Ermənistana göndərir;

- bu prosesdə Ukrayna ordusunda döyüşən ermənilər əsas vasitəçidir;

- oğurlanan silahlar – PUA-lar Varşava-İrəvan reysi ilə Ermənistana daşınır.

Müharibə aparan ölkələrdə silah oğurluğu və qaçaqmalçılığı üçün imkanlar geniş olur. Arutyunyanın açıqlaması erməni mafiyasının Ukraynada bu işlə məşğul olduğunu isbat edir. Və oğurlanan silahlar Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə edilməklə yanaşı, Rusiya ilə müharibə aparan Ukrayna ordusunu da zəiflədir. Bunu rəsmi Kiyev də, Ukraynaya silah göndərən Qərb ölkələri də nəzərə almalıdır.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol