Yanvarın 18-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2022-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
BUTA.TV xəbər verir ki, nazir V.Eyvazov 2022-ci ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirib. Bakı şəhər BPİ-nin, eləcə də onun aidiyyəti struktur qurumlarının və rayon polis idarələrinin rəhbər heyətindən 2023-cü ildə xidməti fəaliyyətdə əsas diqqəti şəxsi heyət arasında nizam-intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının qətiyyətlə alınmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunmasına, ən əsası isə vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunmasına yönəltməyi tələb edib.
Sonra Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılov hesabat dövrünün yekunları və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.
Məruzə ətrafında çıxış edən paytaxtın rayon polis idarələrinin rəisləri görülən işlərdən, əldə olunan nəticələrdən, eyni zamanda, xidməti fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı planlaşdırılan tədbirlər barədə hesabat veriblər.
Əməliyyat müşavirəsinə yekun vuran nazir vətəndaşların mənzil başına rahat və təhlükəsiz çatmaları üçün aidiyyəti orqanlarla birlikdə paytaxtda nəqliyyat sıxlığının və tıxacların qarşısının alınmasının, yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyatın normal axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasının, eləcə də sərnişindaşıma sahəsində olan nöqsanların aradan qaldırılmasının vacibliyinə toxunub.
Ümumbəşəri bəlaya çevirilmiş narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə diqqət çəkən nazir V.Eyvazov antinarkotik təbliğatın daha da gücləndirilməsi, bu məqsədlə təhsil müəssisələrində gənclərlə mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb, narkotiklərlə mübarizədə vətəndaşların da polisə dəstək olduğunu qeyd edərək onlara təşəkkürünü bildirib.
Qanunla müəyyən edilən vəzifələrin yüksək səviyyədə icrası üçün lazımi şəraitin yaradıldığını, daxili işlər orqan və hissələrinin dövlət qayğısı ilə hərtərəfli əhatə olunduğunu məmnunluqla vurğulayan general-polkovnik V.Eyvazov əmin olduğunu bildirib ki, bu ali diqqətə və etimada cavab olaraq Bakı şəhər polis qarnizonunun şəxsi heyəti xidməti borcunu bundan sonra da layiqincə yerinə yetirəcəkdir.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir