Azərbaycan dövlət sərhədini pozan Almaniya vətəndaşı həbs olunub.
BUTA.TV lent.az-a istinadən xəbər verir ki, Almaniyanın Bautzen şəhərində doğulan 21 yaşlı şəxs qanunsuz yolla Azərbaycana keçdiyi üçün sərhədçilər tərəfindən saxlanılıb.
İttiham aktına görə, o, ailəsi aralarında yaranan mübahisə səbəbilə əvvəlcə Bolqarıstana, oradan Türkiyəyə, daha sonra isə Gürcüstana gəlib. Azərbaycana keçməyə icazəsi olmasa da, dağlıq ərazilərlə ölkəmizə keçib. Lakin sərhədçilər tərəfindən saxlanılıb və onun barəsində cinayət işi açılıb.
Təqsirləndirilən əcnəbi bildirib ki, ailəsi Bautzen şəhərinin Jiedlitz kəndində özlərinə məxsus restoranda işləyirlər. Özü işləmədiyi üçün daim mübahisələri yaranır və atası ona işləmədiyi təqdirdə evi tərk etməyi deyib. Buna görə də o, evdən çıxaraq Gürcüstana sevdiyi qızı görmək üçün gəlib. Bunun üçün yuxarıda qeyd etdiyimiz kimi, əvvəlcə Bolqarıstana, sonra Türkiyəyə, daha sonra da Gürcüstana keçib. Buradan isə Azərbaycana quru yolla keçməyin mümkün olmadığını öyrənib və dağlıq ərazilərlə ölkəmizə keçib. Sərhəd kənddə o, insanlardan qalmağa və yemək almağa yer soruşub. Az sonra sərhədçilər onu saxlayıblar.
Əcnəbi vətəndaş əməlindən peşman olduğunu deyərək barəsində yüngül cəza verilməsini istəyib.
Qazax rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qərarı verilib.
- Prezident və xanımı açılışda iştirak etdi
- ADSEA sədri tikinti-bərpa işləri ilə tanış oldu – Video
- "Azərsun Holdinq" bu istiqamətdə fəaliyyətini genişləndirir
- Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
- Suçəkmə işləri davam etdirilir - Video
- Rayonlara intensiv yağış yağacaq – Xəbərdarlıq
- “Nar” inklüziv təşəbbüsə qoşulub
- Gəncə və Minsk Avtomobil Zavodu arasında müqavilə imzalandı