Rusiyalı hərbi-siyasi ekspert İqor Korotçenko Feysbukda Azərbaycanla bağlı paylaşımından sonra ermənilərin kütləvi hücumuna məruz qalıb.
BUTA.TV xəbər verir ki, bu barədə Korotçenko özünün Feysbuk səhifəsində yazıb.
“Dünən mağazadan Azərbaycanın nar şirəsini seçməyim, amma erməni məhsulunu almamağımla bağlı yazımdan sonra gözlənilmədən qeyri-adekvatlar və rusofoblar təkcə Ermənistanda deyil, bütün dünyadakı erməni diasporu hay-küy qaldırdı, məni faşizmdə ittiham edərək Feysbuk rəhbərliyinə yazımla bağlı kütləvi şikayətlər göndərməyə çağırdılar.
ABŞ və Fransadakı erməni diasporu fəallarının sayəsində edilən onminlərlə şikayətdən sonra hesabım bloklandı və qeyd olunan yazı “faşizm təbliğatı”na görə silindi.
Bununla belə, hörmətli oxucular, sizin reaksiyanız və göstərdiyiniz dəstəyiniz sayəsində Feysbuk mənim hesabımı blokdan çıxarmağa və yazımı yerinə qaytarmağa məcbur oldu.
Azərbaycanın nar şirəsini için!”, - Korotçenko bildirib.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir