Türkiyə F-35 hərbi təyyarələrinə qarşılıq olaraq başqa bir ölkə ilə müqavilə bağlaya bilər.
BUTA.TV xəbər verir ki, bunu türkiyəli araşdırmaçı yazarı Metexan Dəmir bildirib. Ekspert söyləyib ki, Türkiyə ABŞ-dan F-16 qırıcılarını ən tezi 2028-ci ildə alacaq, buna görə də Britaniyanın hərbi təyyarələri ilə maraqlana bilər:
"Digər tərəfdən, ABŞ Türkiyəyə qarşı F-35-lərlə bağlı başqa addımlar da ata bilər. Üzərində zabitlərimizin adı olan təyyarələr başqa ölkələrin səmasında uçur. F-35-lərə sahib olmaq bizim hüququmuzdur".
Qeyd edək ki, ötən gün ABŞ administirasiyası Konqresə Türkiyəyə F-16 qırıcı təyyarələrinin tədarükü ilə bağlı sorğu ünvanlayıb.
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...
- Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir?
- Problemi həll edirik, ya vətəndaşı sıxışdırırıq? - Deputatdan etiraz
- Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət məhdudlaşdırılır
- Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...