Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuq Bayraqdar həyat yoldaşı Sümeyye Ərdoğanla tanışlıq hekayəsindən danışıb.
BUTA.TV-ın məlumatına görə, o, bu barədə suala “TV 100”də yayımlanan “Tolga Işıkla az öncə danışdım” verilişində cavab verib.
Aparıcının “Prezidentin qızı ilə tanış olan zaman qorxmadınızmı?” sualına Bayraqdar gülümsəyərək cavab verib.
Tanınmış iş adamı bildirib ki, atası Özdəmir Bayraqdarın Prezident Ərdoğanla, özünün isə Bilal Ərdoğanla daha əvvəldən tanışlığı olub.
Bayraqdar, həyat yoldaşı Sümeyye Ərdoğanla ortaq dostu vasitəsilə tanış olduğunu bildirib:
“Həyat yoldaşımın lütfündən, nəcibliyindən və əxlaqından çox təsirləndim deyə bilərəm”.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir