Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanı mübahisəli məsələlərin həlli üçün konstruktiv danışıqları bərpa etməyə təşviq edir.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter ATƏT Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib.
Karpenter qeyd edib ki, hərtərəfli sülh sazişi münasibətlərin normallaşması və davamlı sülhə aparan yeganə əmin yoldur.
"Biz Avropa İttifaqı və ATƏT kimi beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycan və Ermənistanla ikitərəfli və çoxtərəfli səviyyədə işləməyə davam edəcəyik", - ABŞ səfiri vurğulayıb.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...