Qarabağ serparatçıları arasında çəkişmələr davam edir. Onlar arasında dərin fikir ayrılıqları yaranıb.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Vardanyana istefa verməsi üçün təzyiqlər edilir, buna görə də o, istefa verməcəyi ilə bağlı açıqlama verdi:
“Üç gün əvvəl Qarabağ separatçılarının “parlament sədri” Tovmasyan belə bir açıqlama verdi ki, Qarabağda “növbədənkənar parlament və prezident seçkiləri”nə ehtiyac var. Deməli, öz aralarında fikir ayrılıqları dərinləşir. Paşinyan da Vardanyana mesaj göndərdi ki, vəziyyəti daha da gərginləşdirməsin. Vardanyan o hədəflə Xankəndiyə gəlmişdi ki, ermənilərin dəstəyini qazansın, sonra isə Ermənistanda siyasi proseslərə qatılsın və Paşinyanı hakimiyyətdən uzaqlaşdırsın. Amma alınmadı”.
Politoloq bildirib ki, Xankəndi yolunda başlayan etiraz aksiyası Ruben Vardanyanın planlarını darmadağın etdi:
“Artıq ermənilər anlayır ki, Vardanyan heç bir problemi həll edə bilməz, əksinə, onun varlığı münasibətləri gərginləşdirir. Çünki Azərbaycan Qarabağda heç vaxt olmayan, bu əraziyə təxribat məqsədi ilə göndərilən Vardanyanla heç bir danışıq aparmayacağını elan edib”.
E.Şahinoğlu qeyd edib ki, Azərbaycan mövcud təzyiqi davam etdirəcəyi halda R.Vardanyanın Xankəndidən qaçmaqdan başqa yolu olmayacaq:
“Vardanyan hazırda erməni icmasının Azərbaycana inteqrasiyasında əsas maneədir. O, bütün vasitələrlə prosesi gərginləşdirir ki, bu da ermənilərə yaxşı heç nə vəd etmir. Bunu artıq ermənilər də anlayır və Vardanyanın “istefası”, daha doğrusu, “gəldiyi yerə göndərilməsi” haqda məlumat da burdan qaynaqlanır”.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...