Gənc müğənni Ceyhun Səmədov “Xəzər axşamı” verilişinə Manaf Ağayev və Ülviyyə Namazova ilə birlikdə çıxmaqdan imtina etdiyinə görə efirdə tənqid edilib.
Aparıcı Mətanət Əliyevdiyeva ifaçını təkəbbürlü olmaqda ittiham edib.
Bu barədə sosial şəbəkə hesabında paylaşım edən jurnalist Pərviz Hüseyn aparıcının fikirlərini və üslubunu sərt tənqid edib:
“Son günlər “Getmə gəl”, “Tufan var” adlı mahnıları ilə trendlərdə olan Ceyhun Səmədov “Xəzər axşamı” verilişinə birlikdə dəvət edildiyi Manaf Ağayev və Ülviyyə Namazova ilə çıxmaq istəməyib.
O deyib ki, konseptlərimiz fərqlidir. Adam istədiyi şəxslə efirə çıxmaqda da sərbəstdir. TV-yə borcu yoxdursa, niyə də çıxmalıdır axı? Xüsusilə də sosial mediada məşhurlaşıbsa və 1 aya təbii şəkildə 2 milyon baxış yığıbsa... Mən özüm də bir şey deyiləm, amma verilişlərə çıxanda seçib çıxıram.
Gələk aparıcıların reaksiyasına: İslam yüngülvari məsələni bağlamaq istəyir, amma Mətanət xanım qızışır ki, uşağı tanımadım. Burası okeydir, sosial mediadan uzaqdır, tanımamağı normaldır... ki bu da normal deyil ha, adam bir verilişinə gələcək adamla maraqlanar ki, hansı yuvanın quşudur? “Tufan var” mahnısını lağa qoyaraq “Hidrometeroloji proqnozlar bürosundan idi həmin o oğlan, yoxsa necə?”, - deyə, bir ifadə səsləndirir. Mahnıdır da, oxuyub, siz “Külək idi, əsdi keçdi” deyəndə, Hidrometeroloji Proqnozlar Bürosundan idiniz? Yox!
Sonra deyir ki, mən olsam, ayaqyalın qaçıb gəlmişdim ki, orada illərin sənətkarı var. O, sizin dövrünüzdə idi, mən ruhuma, janrıma yad insanlarla niyə eyni ortamda olmalıyam ki?”
O, efirdə qonaq olan müğənni Manaf Ağayevin də reaksiyasını tənqid atəşinə tutub:
“Manaf müəllim də hər şeydən xəbərsiz deyib ki, o çörək tapmayacaq, mənim onun yaşı qədər stajım var. Mənə zəng eləsin ki, görüm niyə gəlməyib? Ay qardaş, niyə? Camaat sizinlə verilişə gəlməyə məcburdur? Təzə çıxıb bu da?! Niyə sizə zəng eləməlidir ki?
Sonda “Qoşa çinarlar” mahnısı ilə toyxanalardan çıxmayan Ülviyyə Namazova da qayıdıb ki, o nə oxuyur ki, guya? Deyim də. Camaat onun mahnısına məzələnmək üçün qulaq asmır, onun mahnısı 3 məmmədlik nauşnikdən gələn səsi çıxarmır. Bu qədəri aydın oldu?
İstedadlı gəncləri daha yaxşı platformalarda görməkdənsə, toy müğənnilərinin olduğu proqrama dəvət edib, sonra gəlmədiyi üçün aşağılamağa çalışmaq bilirsiz nəyi göstərir? Nəysə, demirəm, mən o faciəni lap belə faciə etməməliyəm. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi...”
Qeyd edək ki, Mətanət Əliyevdiyeva illər əvvəl ATV telekanalında yayımlanan “Gündəlik” verilişində Bakıda baş verən dəhşətli yanğın haqqında danışaraq “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” – deyə ifadə işlətmişdi. Onun bu fikirləri cəmiyyət tərəfindən qınaqlara tuş gəlmişdi./Yenisabah
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...