Trampın şirkəti 1,6 milyon cərimələndi

00:16 - 16 Yanvar 2023 - GÜNDƏM

 Trampın şirkəti 1,6 milyon cərimələndi

Nyu York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampa məxsus olan “Trump Organization” şirkətini vergidən yayınmaqda təqsirli bilib və cərimələyib.

BUTA.TV xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

Məlumata görə, cərimənin məbləği 1,6 milyon dollar təşkil edib ki, bu da müvafiq cinayətə görə maksimum cəzadır.

Qeyd olunub ki, “Trump Organisation”a daxil olan “Trump Corporation” və “Trump Payroll Corp” biznes qeydlərini saxtalaşdırmaqla çoxillik fırıldaqçılıq və vergidən yayınma sxemindən istifadə etməkdə təqsirli biliniblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol