Ağcabədidə 67 yaşlı qadın qətlə yetirilib, şübhəli şəxs kimi əri axtarışa verilib.
DİN-in Mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, yanvarın 15-də saat 17 radələrində Ağcabədi rayonunda 1956-cı il təvəllüdlü Güldəstə Mehdiyevanın kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
Araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.
Polis əməkdaşları tərəfindən Ə.Mehdiyevin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...
- Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir?
- Problemi həll edirik, ya vətəndaşı sıxışdırırıq? - Deputatdan etiraz
- Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət məhdudlaşdırılır
- Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...