Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində istilik sistemlərinin səmərəli işləməsi və şəhərin istiliklə təminatı məqsədilə müvafiq tədbirlər həyata keçirilməkdədir.
BUTA.TV xəbər verir ki, bu barədə Azəristliktəchizat ASC-dən məlumat verilib.
Bildirilib ki, qurumun balansında olan 8 110 kVt/saat gücündə 7 qazanxana 2024-2025-ci illər payız-qış mövsümünə dair görülən işlər çərçivəsində tam hazır vəziyyətə gətirilib.
Şuşa dağ rayonları siyahısına daxil olduğu üçün şəhərdə istilik təchizatına noyabrın 1-dən etibarən başlaması planlaşdırılır. Dağlıq ərazidə yerləşən Şuşada qış aylarında yüksək keyfiyyətli xidmətin göstərilməsi üçün işçilərin peşəkarlıq səviyyələrinin artılmasına xüsusi önəm verilir. Bu mövsüm ərzində 20-yə yaxın inzibati habelə, sosial təyinatlı binalar istilik və isti su xidmət ilə təmin ediləcək.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Qazanxanalarda istilik şəbəkəsi avadanlıqları, istilik xətləri, nəzarət ölçü cihazları və avtomatika sistemləri, elektrik avadanlıqları və istilik mübadilə aparatları kompleks şəkildə yoxlanılmış, zəruri təmir-bərpa işləri aparılmışdır. Son sınaq sazlama işləri də uğurla həyata keçirilmişdir.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...